İftarını su ilə açdı, yeməyini yemədən öldü - 13 yaşlı Hüseynin faciəvi sonu - FOTO
13 Mart 2025, 00:46
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
182
16.06.2022, 18:49
Yoxsa bu da Rusiya MN əməkdaşlarının növbəti “texniki səhvi”dir?..
Azərbaycan Respublikasının Laçın rayonunun ermənilər üçün “dəhliz” edilmiş hissəsi və Yuxarı Qarabağın ermənilərin məskunlaşdığı ərazisində müvəqqəti(!) olaraq yerləşdirilmiş Rusiya “sülhməramlı” kontingentinə aid dünən, 15 iyun Bakı vaxtı ilə axşam saat 20:00-a dair xəbər bülletenində növbəti gözlənilməz məqam qeydə alınıb.
OXU24.COM Moderator.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “sülhməramlı” kontingentə dair bölməsində dərc olunmuş bülletendə adəti üzrə həmin kontingentin öz məsuliyyət zonasında müşayiət etdiyi Azərbaycan Silahlı Qüvvələrinin avtomobil karvanlarının siyahısı göstərilib.
Diqqətçəkən və təəccüblü məqam ondan ibarətdir ki, bu dəfə Azərbaycan Silahlı Qüvvələrinin Rusiya hərbçiləri tərəfindən müşayiət edilmiş karvanların siyahısında Laçın dəhlizindən keçən şimal istiqamətində 2, cənub istiqamətində 2, Şuşa-Zabux və əks istiqamətdə 2 karvanın müşayiəti ilə yanaşı, Qubadlı-Qarıqışlaq(Laçın rayonunun rayon mərkəzindən təxminən 35-40 km məsafədə yerləşən kəndi) və əks istiqamətdə də iki karvanın müşayiət olunması qeyd edilib.
Həmçinin oxuyun
Halbuki, bildiyimiz kimi, istər Qubadlı rayonu ərazisi bütövlükdə, istərsə də, Laçın rayonunun dəhliz hissəsi istisna olmaqla digər hissəsi Rusiya “sülhməramlı” kontingentinin nəzarətində deyil. Və Qubadlı rayonu ərazisindən Laçın rayonunun Qarıqışlaq kəndinə gələn hər hansı hərbi və ya mülki kolonun müşayiət olunmasınu Rusiya sülhməramlıları cənub istiqamətində Laçın rayonunun dəhlizə daxil olan Ağanus kəndindəki nəzarət postlarından başlayaraq Laçın şəhərindən və Zabux kəndindən keçməklə uzağı eyni rayonun Cağazur kəndinin yaxınlığınadək icra edə bilərlər...
Bəs nəyə görə, hansı əsasla Rusiya hərbçiləri Azərbaycan dövlətinin və Silahlı Qüvvələrinin bilavasitə nəzarət etdiyi ərazidə ordumuzun maşın karvanlarını müşayiət edir? Məgər Azərbaycan ordusu özünün nəzarət etdiyi Azərbaycan Respublikasının suveren torpaqlarında öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil? Düzdü, Qubadlıdan gələn yol Laçın rayonunun Qazıdərə kəndi yaxınlığından başlayaraq təxminən 9-10 km məsafədə Ermənistanla sərhədə hava xətti ilə 200-300 metrlik məsafədən keçir. Ancaq axı həmin sərhəddə də Azərbaycan ordusunun yetərli sayda bölmələri və texnikası dayanır... Yoxsa bu da Rusiya MN əməkdaşlarının növbəti “texniki səhvi”dir?..
Bəhs edilən bu və digər suallara rəsmi cavab tapmaq üçün Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə zəng etsək də, əlimizdə olan şəhər və mobil nömrələrdən zənglərimizə cavab verən olmadı...
Ümid edirik ki, tezliklə məsələyə aydınlıq gətiriləcək...
00:46 / 13 Mart 2025
İftarını su ilə açdı, yeməyini yemədən öldü - 13 yaşlı Hüseynin faciəvi sonu - FOTO
38
00:00 / 13 Mart 2025
Tramp Stiv Uitkofu Moskvaya göndərir
63
23:30 / 12 Mart 2025
Azərbaycanda bu fəsil sıradan çıxır - Ekoloq
50
23:26 / 12 Mart 2025
Süni ürək taxılan xəstə 100 gün yaşadı
60
23:00 / 12 Mart 2025
Sığorta şirkətinə rəhbər təyin olundu
58
22:51 / 12 Mart 2025
Məhşur müğənni əməliyyat olundu - FOTO
59
21:54 / 12 Mart 2025
Albaniya Prezidenti Azərbaycana gəlib
52
21:31 / 12 Mart 2025
BMT Rusiya-Ukrayna atəşkəsi ilə bağlı fikrini açıqladı
62
20:54 / 12 Mart 2025
13 yaşlı oğlan eyvandan yıxılıb öldü
66
20:48 / 12 Mart 2025
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
80
20:30 / 12 Mart 2025
Sarkisyana qadağa qoyuldu
92
20:15 / 12 Mart 2025
SON DƏQİQƏ! Prezident yeni təyinat edib
1983
20:13 / 12 Mart 2025
Təyyarə göydə tüstülədi
81
20:10 / 12 Mart 2025
İsrail 5000 Kamikadze İHA almağa hazırlaşır
95
20:02 / 12 Mart 2025
Çinli ixracatçılar Rusiyada malların ələ keçirildiyini bildirirlər
82
19:52 / 12 Mart 2025
Serbiya BMT-nin Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsinə səsverməni geri götürüb
85
19:33 / 12 Mart 2025
SON DƏQİQƏ! Onlar həbs edildilər
788
19:25 / 12 Mart 2025
Türkiyəyə böyük ümidlər var
91
19:22 / 12 Mart 2025
“Qazprom”un top meneceri kokainlə həbs edilib
91
19:19 / 12 Mart 2025
Rusiya səfirliyi Yunanıstanın RİA Novosti-yə akkreditasiyadan imtina etməsinə cavab verib
96
19:15 / 12 Mart 2025
Beş ölkənin xarici işlər nazirləri ABŞ-la Qəzzanın yenidən qurulması planını müzakirə ediblər
87
19:11 / 12 Mart 2025
Ərazilər Rusiyada qalacaq - KİV
95
18:55 / 12 Mart 2025
Kanadadan ABŞ-yə cavab
85
18:50 / 12 Mart 2025
3 rayonda qaz olmayacaq
94
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.