“Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində itlə rəhimsiz rəftar edən iki nəfər şöbəyə dəvət edilib”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.
O qeyd edib ki, həmin şəxslərdən biri yeniyetmədir:
“Yetkinlik yaşına çatmayan şəxslə valideynlərinin iştirakı ilə profilaktiki söhbətlər aparılıb. Digər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsinə əsasən inzibati qaydada protokol tərtib olunub”.
Qeyd edək ki, Ağcabədi rayonunda itin boynuna ip bağlanaraq, gölməçədə işgəncə verilib.
Oxu24.com
ŞƏRHLƏR