Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70803
az

DÜNYAVarlılar Rusiyanı sürətlə tərk edir - 15 min milyonçu..

21:4714 İyun, 2022
241
  • A

1 milyon dollardan çox nağd pulu olan rusların təxminən 15 faizinin 2022-ci ilin sonuna kimi başqa ölkələrə mühacirət edəcəyi gözlənilir.

OXU24.COM Teleqraf.com-a istinadla xəbər verir ki, müxtəlif ölkələrdə aparılan yeni immiqrasiya araşdırmasına görə, bu il 15 mindən çox rus milyonerinin ölkəsini tərk edəcəyi gözlənilir.

Britaniyanın “Guardian” qəzeti yazır ki, zənginlərin xaricdə vətəndaşlıq alması üçün vasitəçilik edən Londondakı “Henley Partners” şirkətinin araşdırmasına görə, 1 milyon dollardan çox pulu olan rusların təxminən 15 faizi immiqrasiya edəcək.

Məlumatları təhlil edən tədqiqatçı Endryu Amoils deyib: “Son 10 ildə Rusiyanı tərk edən zənginlərin sayı durmadan artır. Bu, ölkənin üzləşdiyi problemlərin xəbərçisidir. Tarixən zəngin insanların immiqrasiyası böyük ölkələr dağılmazdan əvvəl sürətlənir”.

“Henley Partners”in araşdırmasına görə, dünyanın ən varlı adamları daha çox ABŞ və Avropada yaşamağa üstünlük verirlər, lakin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tezliklə zənginlərin miqrasiya etdiyi ölkələr arasında birinci yeri tutacağı gözlənilir. Böyük Britaniya və ABŞ-ın zənginlər üçün əvvəlki cazibəsini itirdiyi bildirilən araşdırmada Avstraliya, Sinqapur və İsrailin də zənginlər üçün getdikcə daha cəlbedici olduğu qeyd edilib.

Bundan əlavə, Malta və Monako zənginlərin miqrasiya etdiyi yerlərin reytinqində sürətlə yüksəlir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir
Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA -"Bu onlara niyə lazımdır?"
Dəhşətli aviaqəzanın günahkarı odur, sağ qalan yoxdur -Tramp AÇIQLADI

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi