Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7077
az

“Deputatların ev almağa pulu çatmır, mənzil verilsin” - Qüdrət Həsənquliyev

13:4015 Noyabr, 2018
926
SİYASƏT
  • A
Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların və parlament işçilərinin əməkhaqqının real şəraitə uyğun olmadığından artırılmasını təklif edib.

Oxu24.com  Modern.az-a istinadən xəbər verir ki, Qüdrət Həsənquliyev deputatlar üçün mənzil tikintisinin yenidən bərpa olunmasını təklif edib.

"Bir zamanlar deputatlar üçün mənzillər tikilirdi və mən özüm də 2003-cü ildə mənzillə təmin olunmuşam. Amma bir müddətdir ki, mənzil tikintisi dayandırılıb. Artıq dövlətin maliyyə imkanları yenidən deputatlar üçün mənzil tikintisinə imkan yaradır. Çünki deputat aldığı maaşla ev tikə bilməz. O baxımdan da mənzillərin tikintisinin yenidən bərpa olunması yaxşı olardı”.

Deputat həmçinin Milli Məclisdə akkreditasiyadan keçmiş bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini tələb edib.

O qeyd edib ki, ötən dəfə iclasların birində Milli Məclisin işçilərinin əmək haqqının 3 faiz həcmində artırılmasını deyib.

"Buradakı bəzi jurnalistlər isə elə təqdim etdilər ki, guya mən deputatların maaş davasını edirəm. Əslində maaş artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ başqa tərəfə yozulmamalı idi. Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz şeyləri tamamilə təhrif edirlər. Mən bu barədə parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşdü - FOTO
Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır - Ərdoğan
Ceyhun Bayramov Bin Nunla görüşdü - FOTO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi