Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7074
az

Məşhur yazıçı deputatı biabır etdi:"Anamın yasına 40 manat göndərdi..."

13:0515 Noyabr, 2018
1405
CƏMİYYƏT
  • A
Azərbaycanın tanınmış yazıçılarından olan  Murad  Köhnəqala  anasının ölümü ilə bağlı yas mərasimini vermək üçün pul tapmadığını və deputatdan kömək istədiyini bildirib.

Oxu24.com  xəbər  verir  ki, yazıçı  facebook  səhifəsində bununla bağlı şok məlumat paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik:

- Dostlar, anamın vəfatı ilə əlaqədar başım qarışıb. Aydın məsələdi ki, günümüzün yazıçısı dəfn mərasimi vermək iqtidarında deyil. Mən mərasimlərin maddi xərcini qarşılamaq üçün bir neçə imkanlı dosta, eləcə də, Milli Məclisin üzvü, həmyerlim, Aydın Hüseynova müraciət elədim. O, cavabında məni anladığını və gücü çatan yardım edəcəyini bildirdi. Arxasınca bir nəfər mənə zəng eləyib deputatın yardımını mənə çatdıracağını dedi. Gəlhagəl, görüşəndə adam mənə 40 manat pul uzatdı. Bu jestdən özümü təhqir olunmuş hiss etdim. Açığı, həyasızlığın bu qədərini gözləmirdim. Düzdür, deputatın maddi yardım etmək kimi bir öhtəliyi yoxdur, hamı bilir ki, Azərbaycan reallığında vəziyyət başqadır. Deputatlarımız qanunsuz olaraq biznes fəaliyyəti ilə məşğul olması heç kimə sirr deyil. Başım açılan kimi deputat Aydın Hüseynovun gizli biznes şəbəkəsi haqda ətraflı yazacam.P.S. Aydın Hüseynov 2000 - 2009-cu illərdə Səbail rayon Maliyyə İdarəsinin rəisi, 2009 - 2013-cü illərdə Maliyyə Nazirliyi 7 saylı Xəzinədarlıq İdarəsinin rəisi, 2013-cü ildən Səbail rayon Maliyyə idarəsinin rəisi vəzifəsində çalışır. YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədridir.

Aynur Kazımlı
Oxu24.com





Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Palmali”nin gəmisi 600-dək miqrantı dənizdə batmaqdan xilas etdi
Polis qadını iş başında tutdu: Görün nə edirmiş +VİDEO
SON DƏQİQƏ! İcra Hakimiyyəti gecə saatlarında açıqlama yaydı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
Teymur Kərimovun 9 il həbsi    tələb    edildi