Rusiyanın Baş naziri Mixail Mişustin ölkənin Dünya Turizm Təşkilatından (UNWTO) çıxması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən “Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq Rusiya Xarici İşlər Nazirliyinin ölkənin Dünya Turizm Təşkilatından çıxması barədə aidiyyəti federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklifi qəbul edilib.
Rusiya hələ aprelin 27-də Ukraynadakı müharibə və ölkəyə qarşı sanksiyaların tətbiqi fonunda “fəaliyyətinin siyasiləşdirilməsinə görə” UNWTO-dan çıxmaq niyyətini açıqlamışdı.
Oxu24.com
ŞƏRHLƏR