Bakıda piyadanın ölümü ilə nəticələnə yol qəzası baş verib.
Oxu24.com DİN-ə istinadən xəbər verir ki, noyabrın 14-də saat 23 radələrində paytaxtın Nizami rayonunun Nəsimi küçəsində Bakı şəhər sakini İsrafil Qurbanov idarə etdiyi “London taxi” markalı avtomobillə yolu keçən paytaxt sakini Hidayət Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR