ABŞ-ın Florida əyalətində ofisiant dəhşətli hadisənin üstünü açıb.
OXU24.COM metbuat.az-a istinadən xəbər verir ki, o, restorana atası ilə gələn uşağın hərəkətlərindən şübhələnib. Ofisiant kağıza "Sənə kömək lazımdır?" yazdığı qeydi gizlicə uşağa göstərib. Kimliyi gizli saxlanılan 13 yaşlı qız köməyə ehtiyacı olduğuna işarə edib. Ofisiant əraziyə polis çağırıb. Məlum olub ki, qızın yanındakı şəxs onun ögey atasıdır. Araşdırmalar zamanı ögey atanın uşağı istismara və şiddətə məruz qoyduğu üzə çıxıb.
Bildirilir ki, qız ailədən uzaqda olan yerdə saxlanılıb. O, hərbi xarakterli çətin tapşırıqlar icra etməyə məcbur edilib. Uşaq qida ilə az təmin olunub. Polis ögey atanı nəzarətə götürüb
Oxu24.com
ŞƏRHLƏR