Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70682
az

İslamda övladın valideyn üzərində haqları varmı?

22:2610 İyun, 2022
272
CƏMİYYƏT
  • A

İslam dininin nəzərinə görə, bəzi haqlar vardır ki, valideyn övladına qarşı əməl etməlidir. Həmçinin də əksinə - yəni övlad valideynin haqqına əməl etməlidir. Övladlar öz valideynlərinin canlarının parçası və ən əziz insanlarıdır. Ancaq övladlar bəzən boyunlarına düşən valideyn haqqını yerinə yetirməkdə səhlənkarlıq edirlər. Ona görə Quran dəfələrlə övladlara tövsiyə edir ki, valideyn haqqına qarşı məsuliyyətli olsunlar.

Bunlar nisbətən aydındır. Amma övladın da valideyn üzəribdə haqqı var

Övladların valideynləri üzərində olan haqları:

1. Ailəyə aid olmasını təsdiq etmək. Yəni, valideyn təsdiq etməlidir ki, yeni dünyaya gələn körpə onun övladıdır. İmam Səccad (ə) buyurur: "Övladının sənin üzərindəki haqqı odur ki, biləsən ki, o, səndən dünyaya gəlmişdir. Həyatın yaxşılığında və pisliyindən səndən asılıdır".

2. Şəxsi və ictimai təhlükəsizliyini təmin etmək. "Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən onları öldürmək böyük günahdır". ("İsra" 31).

3. Layiqli ad seçmək. İmam Kazım (ə) buyurur: "Atanın övladına qarşı ilk yaxşılıq və ehsanı - onun üçün gözəl ad seçməkdir. Ona görə lazımdır ki, hər biriniz övladınız üçün yaxşı ad seçəsiniz".

4. Körpəyə iki il ana südü vermək. "Analar öz övladlarına iki il tamam süd verməlidirlər". ("Bəqərə" 233).

5. Tərbiyə və təhsil. Əmirəl-möminin (ə) buyurur: "Övladın atası üzərindəki haqqı odur ki, övladına yaxşı ad qoysun, onu yaxşı tərbiyə etsin və ona Quranı öyrətsin".

6. Övladına sevgi göstərmək. Həzrət Peyğəmbər (s) buyurur: "Uşaqlarınızı sevin və onlara qarşı lütf və rəhmət qərar verin".

7. Övladı üçün həyat yoldaşı seçmək. "(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin". ("Nur" 32).

8. Övladının canını qorumaq və onu yoxsulluq qorxusundan öldürməmək. ("İsra" 31).

9. Övladları əxlaqi təhlükələrdən qorumaq. "Və həmin gəmi onları dağlara bənzər dalğalar arasında aparırdı. Nuh (onun etiqadından və ya məkanından) bir kənarda olan oğlunu səslədi: "Ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma!". ("Hud" 42).

10. Övladın namazlarına nəzarət etmək. "Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et". ("Taha" 132).

11. Övladın etiqadını nəsihətlərlə islah etmək. "Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən, ona dedi: "Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür". (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsil sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir)". ("Loğman" 13).

12. Əhkamı öyrətmək. "Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən, baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir". ("Loğman" 17).

13. Düzgün əxlaqı öyrətmək. "Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz".

"Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs ulaqların səsidir". ("Loğman" 18-19).

14. Övladla məsləhətləşmək. "O iki qadından biri dedi: "Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) - muzdla tutduqlarının ən yaxşısıdır"". ("Qəsəs" 26).

15. Məhəbbətdə ifrat etməkdən çəkinmək. "Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsil) ziyankarlardır". ("Münafiqun" 9).

16. Övladın gələcəyinə diqqət göstərmək. "Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: "Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!"". ("İbrahim" 35).

17. Valideynlərin övladları ilə dostcasına rəftarları. "(Xatırla) o zaman(ı) ki, Yusuf öz atasına (Yəquba) dedi: "Atacan, həqiqətən mən (yuxuda) on bir ulduz, Günəş və Ay gördüm; onları mənə səcdə edən gördüm". Dedi: "Oğulcan, öz yuxunu qardaşlarına danışma ki, sənə (qarşı) hiylə işlədərlər. Həqiqətən, Şeytan insanın açıq-aydın düşmənidir"". ("Yusif" 4-5).

18. Övladın oynaması və gəzməsi üçün şərait yaratmaq. "Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq". "Dedi: "Həqiqətən, onu (çölə) aparmağınız məni çox qəmgin edir və qorxuram ki, siz ondan xəbərsiz ikən canavar onu yesin"". ("Yusif" 12-13).

19. Övladı səhlənkarlığına görə danlamaq. "(Yəqub) dedi: "Əksinə, (siz də günahkarsınız,) nəfsiniz işi sizin üçün nahaq olaraq cilvələndirmişdir (ki, onlara bizim dinimizdə oğrunun kölə edilməsi xəbərini vermiş, beləliklə də Binyamini əsir etmisiniz). Odur ki, gözəl bir səbir etməm gərəkdir. Ümid var ki, Allah onların hamısını (Misirdə olan o iki nəfəri və Yusufu) mənə qaytarsın. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi Odur!"". ("Yusif" 83).

20. Övladın verdiyi sözü qəbul etmək. "Dedilər: "Əlbəttə, əgər biz güclü bir dəstə ola-ola, onu canavar yesə, onda biz çox ziyana uğrayan olarıq". ("Yusif" 14).

21. Övladı, müşkülün həll olmasına görə ümidvaretmək. "Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz". ("Yusif" 87).

22. Övladlar üçün bağışlanma istəmək. "(Yəqubun oğlanları) dedilər: "Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik"".

"Dedi: "Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır"". ("Yusif" 97-98).

Allah Təala cəmi ailələrə islami yaşam nəsib etsin, inşəallah!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq
Hər gün içmək bu xəstəliklərə yol açır - SİYAHI
Təcili yardım maşını piyadanı vuraraq öldürdü

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
Nəzarətsiz qalan uşaq dərman içib zəhərləndi