Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70681
az

Ən güclü antioksidant - Amarant bitkisi

22:1610 İyun, 2022
213
CƏMİYYƏT
  • A

Amarant qırımızı və uzun çiçəklərə malik olan bir bitkidir. Onun boyu 3 metrə qədər qalxa bilir. Amarant dənli bitkilərdən hesab
edilir. Onun qara, çəhrayı, sarı və ya yaşıl rəngdə toxumları olur.

OXU24.COM medicina.az-a istinadən bildirir ki, amarant çiçəkləri öz təravətini uzun müddət saxlaya bilir. Bu səbəbinə görə də onu qış fəslində
evin gözəl görünməsi üçün dibçəkdə yetişdirirlər. Amarant bitkisi Antraktidadan başqa dünyanın bütün yerlərində yetişə bilən bitkidir. Sənayedə amarantın toxumlarından geniş istifadə olunur.

Faydalı tərkibi  -vitaminlər - A(beta-karotin), B1(tiamin), B2(riboflavin), PP(nikotin), B3, B5(pantoten turşusu), B6(pridoksin), B9(fol turşusu), C(askorbin turşusu), E(tokoferol), B4(xolin) - makroelementlər - kalium, kalsium, maqnium, natrium, fosfor
mikroelementlər - dəmir, marqanes, selen, sink Amarat toxumlarının qida dəyəri onun tərkibində olan 20-23% zülallar, lizin,
yarımdoymamış yağ turşuları, nişasta, sterol və flavonoidlər var. Aramant toxumları ilə qidalanmaq orqan və toxumların oksigenlə qidlalnmasına səbəb olur, orqanizmə immun yüksəldici, dərini möhkəmləndirici təsir göstərir. Dünyanın bir çox ölkələrində amarant toxumlarından qida vasitəsi kimi istifadə edilir. Ondan tərəvəz, dənli bitki, dərman vasitəsi və qida kimi istifadə edilir. Amarant XXI əsrin ən çox yetişdirilən dənli bitkilərindəndir. Buna səbəb isə onun qida dəyərinin yüksək olması və məhsuldarlığının bol olmasıdır.
Amarantdan içkilərin, qidaların, balıq məhsullarının, blanşların, konditer və un məmulatlarının hazırlanmasında istifadə edilir. Onu buğ ilə bişirərək dadlı yeməklər hazırlayırlar.

Amarantdan orqanizmi möhkəmləndirmək məqsədilə istifadə edilir. Ondan müxtəlif dərman preparatları hazırlanır. Çin təbabətində amarant toxumlarından əldə edilən yağ şiş toxumalarına qarşı radioterapiya müalicəsi zamanı qəbul edilir.
Bu yağ dəri və daxili orqanlara yarasağaldıcı, zədələnmiş toxumalara bərpaedici təsir göstərir. Amarant ürək-damar sisteminin möhkəmlənməsinə, dərinin sağlamlaşmasına səbəb olur, orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparır.Amarant toxumları ilə babasil, sidik ifrazı sistemini iltihabi xəstəlikləri, anemiya, diabet, zəiflik, gücsüzlük, nevrozlar, piylənmə, yanıqlar, parodontit, stomatit, mədə və onikibarmaq yarası, atereskleroz xəstəliklərində qidalanmaq orqanizmdə xəstəlik əlamətlərinin azalmasına səbəb olur.

Kosmetologiyada amarant bitkisinin toxumlarından, çiçəklərindən, yarpaqlarından və toxumlarının soyuq üsulla sıxılmasından əldə edilən yağından istifadə edilir.


Amarant yağının tərkibində 8% olan skvalen dəri toxumasının qorumasına səbəb olur. Skvalen dəri üçün lazım olan əsas komponenetlərdən biridir. Skvalen xərçəng hüceyrələrinə qarşı mübarizə aparan maddələrdəndir. O dəriyə qulluq edir, dəri
toxumalarının oksigenlə qidalanmasına səbəb olur, sərbəst radikallara qarşı mübarizə aparır. Amarant yağında olan E vitamini zədələnmiş dəri toxumalarını qidalandırır. Amarant yağı dəri toxumasına bərpaedici, qidalandırıcı, tonuslandırıcı, yumuşaldıcı təsir göstərir. Onun antibakterial, qoruyucu təsiri psoriaz, ekzema, neyrodermit, dermatit, allergik dertmatozlar, trofik yaralar və
herpes virusu xəstəliklərinin sağalmasını sürətləndirir.
Amarantın zərərli xüsusiyyətləri Amarantın zərərləri barədə heç bir yerdə qeydlərə rast gəlinməyib.Xolisitit, pankreatit, öd daşı və sidik daşı xəstəliyi zamanı amarantdan istifadə edərkən diqqətli olmaq tövsiyə edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda 10000 manat pul tapıldı -Polis sahibini axtarır
Qışda sarımsağın gücü: Yayılan virusdan qorunmağın sirləri
Şahin Bağırov iki rəisi işdən çıxardı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü