Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70646
az

PUTİN ÖZÜNÜ I PYOTRLA MÜQAYİSƏ EDİB - "Ölkə ya suveren, ya da müstəmləkə ola bilər"

22:5109 İyun, 2022
256
SİYASƏT
  • A

Rusiya Prezidenti Vladimir Putin özünü imperator I Pyotrla müqayisə edib.

"OXU24.COM" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin gənc sahibkarlarla görüşündə deyib: "I Pyotrun 350 illiyinə həsr olunmuş sərgidə idik. Demək olar ki, heç nə dəyişməyib. I Pyotr 21 il Şimal müharibəsində vuruşub. Deyəsən, İsveçlə döyüşüb. Əvvəl uğursuz olsa da, sonradan qayıdıb gücləndi. Görünür, bizim də qismətimizə düşüb ki, qayıdaq və güclənək”.

"Müasir dünyada dövlətlər ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət yoxdur.  Dünya sürətlə dəyişir. Və bir növ liderliyə iddialı olmaq üçün hər hansı bir ölkə, xalq, etnik qrup öz suverenliyini təmin etməlidir” - deyə, Putin bildirib.

Onun sözlərinə görə, müstəmləkələrin sərt geosiyasi mübarizədə sağ qalmaq şansı yoxdur.

"Əgər bir ölkə və ya bir qrup ölkə suveren qərarlar qəbul edə bilmirsə, o, artıq müəyyən dərəcədə müstəmləkədir və müstəmləkənin belə sərt geosiyasi mübarizə şəraitində yaşamaq üçün tarixi perspektivi, şansı yoxdur", - Rusiya lideri qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." -Polkovnik KARTLARI AÇDI
Zelenskinin Pensilvaniya səfəri VƏZİYYƏTİ DƏYİŞDİ -Tramp inciyə bilər
Fransanın Ermənistanla çiyin-çiyinə dayandığını deyən Makrona CAVAB

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO