Füzuli rayonunda müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə iyunun 7-də saat 4 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.
Belə ki, yolun kənarında dayanmış Aşağı Yağlıvənd kənd sakini T.Ağammədov müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə o, hadisə yerində ölüb.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR