Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70562
az

Zelenski: “Biz Rusiyaya təslim olmadıq” - FOTO

23:3507 İyun, 2022
185
DÜNYA
  • A

Yada salaq ki, Ramiz Mehdiyev fevralın 14-dən AMEA-nın rəhbəri vəzifəsindən gedəndən sonra yerinə təyinat olmayıb. AMEA prezidenti vəzifəsini müvəqqəti olaraq qurumun birinci vitse-prezidenti Arif Həşimov icra edir. Hətta təyinatın olmadığını görən bir çoxu Ramiz Mehdiyevin hələ də iş başında olduğunu, istefaya getmədiyini  iddia edir.

Millət vəkili Fazil Qəzənfəroğlu mövzu ilə fikirlərini açıqladı: " AMEA daha çox siyasi bir institut kimi mövcudluğunu qoruyur. Əslində AMEA-dan əl çəkilməlidir, buraxılmalıdır ki, elm məbədi kimi fəaliyyət göstərsin. Bu olmadığın görə hamının AMEA-dan bir marağı var. Bu marağı təmin etmək üçün də vasitə kimi istifadə etməyə çalışırlar. Çətinlik də məhz bu məsələdən qaynaqlanır. Çünki elmin inkişafı düşünülsəydi, AMEA-da tamamilə dəyişiklik olardı. AMEA-da əslində bir rəhbər dəyişikliyi baş verdi, amma yeni rəhbər seçilmədi. Rəhbərin seçilməsi də AMEA-nın funksiyası kimi baxılmır, kənar funksiya kimi baxılır. Onun necə adam olacağı, vəzifəyə uyğun olub-olmayacağı haqqında düşünülür. Elmə fayda verib-verməyəcəyi haqda danışılmır. Biz burada əsasən nəyə diqqət yetirməliyik? Heydər Hüseynovun adı çəkilib, amma onun ölməsi ziddiyyətli məsələdir. Ö özünü öldürməyib, öldürülüb. O, fəlsəfi baxışlarına görə öldürülüb. Çünki onun fikirləri o vaxtkı hakimiyyətlə üst-üstə düşmürdü. Onun yeyinti məsələsində adı çəkilmirdi. Heydər Hüseynov təmiz yaşam tərzi ilə seçilən insanlardan idi. Açığı, Vaqif Abbasovla bağlı məsələdən xəbərim yoxdur. Kimin haqlı-haqsız olduğunu bilmirəm. Amma bütövlükdə deyim ki, akademiyanın çevrəsi bu cür olub, bundan sonra daha dəhşətli formada olacaq. Məqsəd elm deyilsə, bu cür mübahisələr, müzakirələr olmalıdır, olacaq da. Burada dəyişiklik olmadığına görə proqnozlar vermək istəməzdim. Hər halda arzu olunan vəziyyət deyil. AMEA-nı siyasətdən qoparmalıyıq, onu elmə qaytarmalıyıq. Öz üzvlərinin ixtiyarına verməliyik və məsuliyyəti onların üzərinə qoymalıyıq. AMEA-ya təqaüdçüləri toplayıb, sosial müavinət alınan yer kimi baxmamalıdırlar. Bütün bunlar kompleks həll olunmalıdır. Əks halda, AMEA vəzifəsini yerinə yetirə bilməyəcək. Hazırda prezidenti əvəz edəcək şəxs Arif Həşimovdur və kifayət qədər səviyyəli, elmdə öz yeri olan alimlərdən biridir. Orada olan başqa alimləri bir araya gətirib parlaq bir komanda formalaşdırmaq olar. Akademiyanı da dirçəltmək olar. Əks halda, AMEA siyasi alət kimi qalacaq, söz-söhbətlər, problemlər olacaq".

Yerı gəlmişkən, yaxın günlərdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev "Report"ta açıqlamasında deyib ki, AMEA-nın innovasiya, tətbiqi məsələlər ilə daxili və xarici bazara çıxması diqqəti o qədər də cəlb edən deyil: "Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur. AMEA "TEKNOFEST Azərbaycan" festivalında Azərbaycanın intellektual məfhumu kimi təqdim edilməyib. Bu əhvali-ruhiyyəni hiss etmədik. Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətlərində böyük nailiyyətlər əldə edib. Amma burada hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq. Festivalda iştirakımız barədə insanlara yorulmadan məlumatlar verməliyik. Biz fəaliyyətimizi müasir çağırışlara uyğunlaşdırmalıyıq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsəd Moskvada necə yaşayacaq?
ABŞ ilk dəfə elə bir sistemi sınaqdan keçirdi ki...
Kremldən YENİ PANDEMİYA ÇAĞIRIŞI -"Ondan qurtula bilməyəcəyik"

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Vətəndaşlardan 3   tüfəng   götürüldü