Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7056
az

"180 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq mümkün deyil..."- Deputat

23:0114 Noyabr, 2018
986
İQTİSADİYYAT
  • A
 "Bunun əsas səbəblərindən biri budur ki, Azərbaycanda milli gəlir ədalətlə bölünmür..."
"Bəs bu iqtisadi sıçrayış niyə əhalinin bütün təbəqələri üçün layiqlı həyat səviyyəsinə çevrilmir?"
Oxu24.com Moderator.az-a istinadən millət vəkili Əli Məsimlinin Milli Məclisdə yaşayış minimumu ilə bağlı çıxışının əsas məqamlarını təqdim edir:
       
"2019-cu ilin yaşayış minimumunun artırılması müsbət haldır. Amma 180 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq mümkün deyil. Bunu bilmək üçün sadəcə bazara getmək və həmin vəsaitin bir neçə günə çatacağını əyani şəkildə görmək mümkündür. Ona görə də yaşayış minimumunun artırılması üçün əlavə vəsait axtarmaq lazımdır. Belə mənbələr yetərincədir.
       
Devalvasiya dan sonra qiymətlər 2 dəfədən çox, yaşayış minimumu isə cəmi 37 manat artıb ki, bu vəsaitlə əhalinin yüksək inflaysiya nəticəsində məruz qaldığı itkiləri kompensasiya etmək mümkün deyil. Ona görə də əhalinin güzəranı yaxşılaşmır. Müstəqillik illərində Azərbaycan iqtisadiyytaının artım tempi postsovet və postkommunust məkanından hamıdan yüksək olub. Bəs bu iqtisadi sıçrayış niyə əhalinin bütün təbəqələri üçün layiqlı həyat səviyyəsinə çevrilmir? Bunun bir neçə səbəbini qeyd edək:
       
Birincisi, artıq könhə model tükənib. Son beş ildə  orta illik atım tempimiz  orta dünya və orta MDB tempindən xeyli aşağı düşüb. Ona görə də innovasiyalı inkişaf modelinə keçib həm iqtisadi artım templərini yüksəltmək, həm də rəqabət qabiliyyətimizi artırmaq və həyat səviyyəsini yüksəltmək lazımdır. İstisadi və sosial tərəqqi yolunda  bu yolun alternativi yoxdur.
     

İkincisi isə mövcud  potensialımızdan, ehtiyatlardan səmərəli istifadə ermək lazımdır. Azərbaycanda belə ehtiyatlar çoxdur. Çox böyük potensial fonunda əhalinin yoxsul təbəqəsinin həyatı yaxşılaşmır. Bunun əsas səbəblərindən biri budur ki, Azərbaycanda milli gəlir ədalətlə bölünmür. Rusiyada ÜDM-in 45 faizindən çoxu, Qazaxıstanda ÜDM-in 30 faizindən çoxu, Azərbaycanda isə ÜDM-in 20 faizindən azı əmək haqqına yönəlir. Əslinı qalsa, bizim iqtisadiyyatımız nə Rusiya, nə də Qazaxıstandan pis deyil, sadəcə bölgüdə və digər sahələrdə ədalətsizliklər var. Biz, ÜDM-in 20 faizini yox, 30 faizini əmək haqqına  yönəltsək,MDB və Gürcüstan qarışıq əmək haqqının səviyyəsinə görə hazırkı müxtəlif hesablamalara görə 5-ci və ya 6-cı yerdən, əmək haqqının və əhalinin yaşayış səviyyəsinə görə Qazaxıstanı da ötəcəyik və Rusiyadan sonra ikinci yerə çıxacağıq.
       
Üçüncüsü, büdcənin strukturu təkmillşdirilməlidir. Beynəlxalq səviyyəli  mötəbər təhqiqatların  nəticələri göstərir ki,büdcənin çox hissəsinin təmir-tikintiyə xərclənməsi, əslində mədəni surətdə büdcə vəsaitinin mənimsənilməsinin, yeyilməsinin ən populyar üsuludur.Büdcəmiizn sosial yönümündəndən danışırıq,amma Qazaxıstanda büdcənin sosial yönümli  xərcləri 44 faiz,biz də isə  hər iki variantı  qeyd etsək, 27-33 faizdir. Biz də büdcədə sosial yönümlü xərcləri artırıb, əhalinin güzaranına müsbət təsir göstərməliyik. Ona görə bizim bu fikrimizə qarşı əsası olmayan arqumetlər gətirməkədənsə, büdcə xərcləmələrinin səmərəliliyini artırmaq,etibarlı nəzarət, monitoriq və hesabatlılıq sistemi yaratmaq  lazımdır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi