Qaynar xətt:

(+99450) 247 90 86

Lənkəranda cərrah qəzaya düşdü, yaralının əməliyyatına şəxsən girdi - FOTO

KRİMİNAL

161

06.06.2022, 19:24

İyunun 6-na keçən gecə Lənkəranda baş vermiş yol qəzasının təfərrüatı məlum olub.

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gecə saat 23 radələrində Lənkəran şəhəri ərazisində rayonun Sütəmurdov kənd sakini, 1955-ci il təvəllüdlü Mirtahir Babayevin idarə etdiyi "Mercedes"lə Liman şəhər sakini, 1981-ci il təvəllüdlü Cahad Ələkbərovun sürdüyü "KİA" markalı avtomobillər toqquşub.

C.Ələkbərov Lənkəran MRX-yə yerləşdirilib. Dərhal "Mercedes"lə qəza törədən və Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cərrah işləyən Mirtahir Babayev də xəstəxanaya gəlib. O, həkim-cərrah kimi C.Ələkbərovun əməliyyatında şəxsən iştirak edib, lakin ağır xəsarətlər almış şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran Şəhər Polis İdarəsində araşdırma aparılır.