Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7049
az

İlham Əliyev fərman imzaladı

19:3214 Noyabr, 2018
954
  • A
 İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında 2018-ci il sentyabrın 13-də Santyaqo şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çili Respublikası Hökumətinə bildiriş göndərsin.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Rüfət Əzizova yüksək     vəzifə       verdi
Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb