Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70434
az

Çiyələklərdən hepatit A xəstəliyi yayılır

22:1104 İyun, 2022
190
  • A

ABŞ və Kanadada bir sıra səhiyyə agentlikləri mart və aprel aylarında alınmış üzvi çiyələklərlə əlaqəli Hepatit A epidemiyasını araşdırıblar.
OXU24.COM xəbər verir ki, artıq ABŞ Qida və Dərman İdarəsi (FDA) istehlakçıları böyük market şəbəkələrində satılan "FreshKampo" və "HEB" çiyələk markalarından imtina barədə xəbərdarlıq edib.

FDA-nın məlumatına görə, epidemioloji məlumatlar göstərir ki, 5 mart və 25 aprel tarixləri arasında satılan təzə üzvi çiyələk markaları bu epidemiyada xəstəliyin mümkün səbəbidir.

Çiyələklərin rəflərdəki ömrü bitsə də, FDA meyvəni dondurub saxlayan hər kəsi onları zibil qutusuna atması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ-da Hepatit A-ya ümumilikdə 17 nəfərin yoluxduğu bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana da çatdı: qapanmalar olacaq?
Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi