Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7042
az

123 İLLİK SİRR: Gədəbəylilərin Kanadada saldıqları kənd və dini liderlərinin dəhşətli ölümü - VİDEO

14:5314 Noyabr, 2018
997
DÜNYA
  • A
1895-ci ildə Gədəbəydə yaşayan 50 nəfərə yaxın Slavyanka sakini Kanadanın Saskaçevan əyalətinə köçüblər.

1895-ci ildə Gədəbəydə yaşayan 50 nəfərə yaxın Slavyanka sakini Kanadanın Saskaçevan əyalətinə köçüblər. Bəs bu köç 122 il bundan öncə necə və niyə baş verib?

1844-cü ildə Çar I Nikolayın göstərişi ilə bugünki Ukraynanın Zaporojye vilayətinin ərazisində yaşayan duxoborlar Azərbaycana - Gədəbəyə sürgün edilirlər. Duxoborlar özlərini "müqəddəs ruh uğrunda mübarizlər" adlandırır və dini görüşlərinə görə tez-tez yər dəyişməyə məcbur olurdular. Azərbaycana gələndən sonra etnik rus (və ya ukrayn) olan duxoborların vəziyyəti yaxşılaşır və burada özlərinə şərait qurmağa başlayırlar. 1863-cü ildə Slavyankanı ziyarət edən rus rəssamı Vasili Vereşşagin kənddə 205 evin olduğunu və ümumilikdə 600 nəfərə yaxın kişinin yaşadığını bilidirir.


Duxoborlar molokanlara yaxın sayıla biləcək həyat tərzi sürürdülər və onlarda da spirtli içki içkmək və siqaret çəkmək qağadan olunmuşdu. 1890-cı illərdə kənd icması ilə çarlığın arası pozulmağa başlayır və əvvəlcə duxoborlardan silahlar toplanır. Amma iş bununla yekunlaşmır, qısa müddət sonra təqiblər, işgəncələr baş verir. Duxaborlar isə çıxış yolunu Kanadaya mühacirət etməkdə görürlər. 1895-ci ildə 50 nəfərə yaxın duxabor icması Gədəbəydən Saskaçevana doğru yola çıxır və bir necə aydan sonra uzun məsafəni qət edərək yeni vətənlərinə gəlib çatırlar. Duxaborların heç də hamısı Kanadaya getməyib. Əsas qrup Yelizavetapol quberniyasına gedərək buradakı molokanlarla birlikdə yaşamağa başlayıb və digər qrup isə Azərbaycanda SSRİ hakimiyyəti yaradılandan sonra Ukrayanaya, bir zamanlar çıxarıldıqları torpaqlara qayıdıblar.


Kanadaya gedən gədəbəylilər orada iki kənd salırlar. Birinci kənd Saskaçevan əyalətinin paytaxtı Saskatoon şəhərindən 85 km şimalda salınır və adı yenə də Slavyanka olur. 1901-ci ildən etibarən yaşayışın olduğu kənd 1908-ci ildə boşaldılır. Başqa bir kənd isə 1859-cu ilin 12 iyul tarixində Gədəbəyin Slavyanka kəndində anadan olmuş duxabor lideri Peter Veriginin şərəfinə Verigin adlandırılır. Həmin kənddə də yaşayış cəmi 6 il olur. Duxaborlar böyük ehtimalla daha yaxşı yaşayış naminə böyük şəhərlərə və ya qəsəbələrə köç ediblər.

Bu gün Kanadada Vinnipeg-Çurçill dəmir yolu xəttinin arasında "Veregin station" deyilən kiçik bir gözləmə stansiyası var və həmin stansiya 1859-cu ildə Gədəbəydə anadan olmuş Peter Veriginin şərəfinə adlandırılıb.

Maraqlıdır ki, Petr Verigin Kanadada öz əcəli ilə ölməyib. 1924-cü ilin 29 oktyabr tarixində "Canadian Pacific Railway" dəmir yolu xəttində baş verən bombalı sui-qəsd nəticəsində Veriginin olduğu vaqon partladılır və o, həlak olur. Kanada hökuməti şübhəli kimi duxobor icmasının özünü göstərsə də, bu günə qədər hadisənin kim və ya kimlər tərəfindən təşkil olunduğu sirr olaraq qalmaqdadır.

Nihat Vəlizadə,

AMEA Mərkəzi Elmi Kitabxanasının bölmə rəhbəri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: İt  azərbaycanlının  barmağını qopardı
Tükürpədən görüntü: Suya salınan pişik
Şok görüntü: Mitinqə çıxan adamlar snayperlə vuruldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
“Ayıcıq” bağçasında iş adı ilə insanları aldadan şəxs tutuldu- Video