Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70367
az

Qod Nisanovla bağlı şok qərar

19:0103 İyun, 2022
625
DÜNYA
  • A

Qod Nisanov bu vəzifəsindən kənarlaşdırıldı


Azərbaycan əsilli iş adamı Qod Nisanov Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.

Məlumata görə, Qod Nisanov bu gündən etibarən təşkilatın İcraiyyə Komitəsində öz fəaliyyətini dayandırır. 

Bildirilir ki, Ukraynadakı münaqişə ilə əlaqədar olaraq ABŞ, Böyük Britaniya və yaxud Avropa İttifaqının sanksiya siyahısına daxil edilən heç bir şəxs təşkilatda hər hansı vəzifə tuta bilməz və hansısa rol oynaya bilməz. 

Xatırladaq ki, iyunun 2-si ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə yaxın rus elitasına, onların yaxta və təyyarələrinə qarşı yeni sanksiyalar elan edib. Sanksiya tətbiq edilən şəxlər arasında Qod Nisanov da var.

Qeyd edək ki, Qod Nisanov 2014-cü ildə Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti seçilib və təşkilatın rəhbərliyində olan ilk dağ yəhudisi olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyadan xəbər var
"Mer"in maşının partlatdılar
Gürcüstanın pulu kəsildi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu