Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70364
az

Vüqar Mahmudovun əmlaklarının siyahısı - Klassik avtomobil həvəskarı imiş

17:4003 İyun, 2022
204
CƏMİYYƏT
  • A

Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi olmuş Vüqar Mahmudovun əmlaklarının siyahısı üzə çıxıb.

OXU24.COM "Qafqazinfo"ya istinadən bildirir ki, o mühakimə olunduğu dövrdə yaşayış evləri, torpaq sahələri və çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bakı Hərbi Məhkəməsi tərəfindən birbaşa və dolayı yolla Vüqar Mahmudova məxsus üzərinə həbs qoyulan əmlakların siyahısı belə olub:

- İki qeyri-yaşayış sahəsi;

- Buzovnada fərdi yaşayış evi;

- Bülbül prospektində daşınmaz əmlak;

- Bakıda mənzil;

- 1 hektara yaxın torpaq sahəsi;

- Xocəsəndə fərdi yaşayış evi;

- Yasamalda yaşayış evi;

- Səbaildə torpaq sahəsi;

- 2015 model "Jaguar XJ" avtomobil;

- 2014 model "Mercedes Benz E-350";

- 2014 model "Toyota Camry";

- 1988 mdoel "QAZ 2410";

- 1991 model "QAZ 2410";

- 1955 model "Moskviç 401";

- 1992 model "QAZ 2411" ;

- 1987 model "QAZ 2410" (2 ədəd);

- 1994 model, "QAZ 3102";

- 1971 model "QAZ 2410";

- 2015 model "Citroen C4 Picasso";

- 2013 model "Citroen";

- "Kapital Bank"da 74 min dollar;

- "Beynəlxalq Bank"da 40 min dollar.

Lakin Ali Məhkəmə qərarı dəyişdirərək bu əmlakların böyük bir hissəsinin üzərindəki həbsi götürüb və işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Baş Prokurorluq bu mərhələdə protest verib və müsadirə edilməsi təklif edilmiş bütün əmlakların dövlət nəfinə tutulmasını tələb edib. Bakı Apellyasiya Məhkəməsi protesti qismən təmin edib və Vüqar Mahmudovun ailəsinə məxsus bank hesabından 1 milyon manatdan çox pul müsadirə olunub.

Araşdırmalar zamanı məlum olub ki, Vüqar Mahmudov 2004-2015-ci illərdə MTN-in Antiterror Mərkəzinin 1-ci şöbəsinin rəis müavini vəzifəsində işləyərkən faktiki olaraq həm də Eldar Mahmudovun köməkçisi funksiyalarını yerinə yetirib. O bu müddətdə qurumun müstəsna səlahiyyətlərindən yararlanaraq külli miqdarda dövlət əmlakını mənimsəyib. Belə ki, o, MTN-in idarə rəislərindən ibarət mütəşəkkil dəstədə birləşib vəzifəli şəxs kimi qulluq mövqeyindən sui-istifadə edib. O, qurumun əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini mənimsəmək məqsədilə raportlar imzalatdırıb. Bu yolla MTN-in kassasından 3 milyon manata yaxın büdcə vəsaitlərini əvəzsiz surətdə ələ keçirib.

Bundan başqa, o, həmin vəzifədə xidmət edərkən əməliyyat-axtarış tədbirlərinin icrasına müvəqqəti cəlb olunmuş vətəndaşları və etibarlı şəxslərin guya mükafatlandırılmalarına görə bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik tərəfindən "ödənilsin" dərkənarı qoyulmaqla sənədlər imzalatdırıb. Bu yolla cəmi 7,6 milyon manat pulun MTN-in kassasından çıxarılmasına nail olub.

Dövlət Təhlükəsizliyi Xidməti V.Mahmudova qarşı 10,6 milyon manat pulun qaytarılması üçün mülki iddia verib. Lakin məhkəmə iddianı təmin etməyib. 

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 2019-cu ildəki hökmü ilə V.Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2 illik müddəti istintaq müddətində həbsdə keçirdiyinə görə, məhkəmə zalından azadlığa buraxılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakıdan Qərb ölkələri səfirlərinin bəyanatına sərt REAKSİYA
"Qarabağ"ın veteran futbolçusu vəfat etdi
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? -YENİLƏNDİ

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib