Biləsuvarda bədbəxt hadisə baş verib.
Hadisə "Təyyarə meydanı" adlanan yaşayış ərazisində qeydə alınıb.
İlkin məlumata görə, ərazidə kanalizasiyada çalışan iki fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR