Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70302
az

Zakir Qaralovun əmlakı müsadirə edilə bilər

14:0702 İyun, 2022
152
  • A

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC növbəti dəfə məhkəməlik olub.

OXU24.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 490.2-ci maddəsinin tələblərini pozub.

Gömrük qaydaları əleyhinə inzibati xətaya yol verməyə görə məhkəməlik olan şirkət, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasında və ya bu əraziyə qaytarılmamasında ittiham olunur. Bu maddəyə görə, inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
Ətraflı

Nərimanov Rayon Məhkəməsində iyunun 13-də keçiriləcək prosesə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, bundan öncə "Akkord" İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə də məhkəməyə verilib.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi