Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7029
az

4 uşağın yanıb öldüyü FACİƏNİN TƏFƏRRÜATI: YATIBLARMIŞ...

09:5014 Noyabr, 2018
990
KRİMİNAL
  • A
 Daşkəsən rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yanğının bəzi təfərrüatları məlum olub.

oxu24.com "Report"a istinadən xəbər verir ki, yanğın rayonun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

Hadisə zamanı ev sahibi Pənah Tağıyev Gəncə şəhərindəki xəstəxanada müalicə alan həyat yoldaşnın yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızının anası - ev sahibinin qızı - Gəncədə olduğuna görə, övladını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub.

Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanların dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğının evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

Yanğın zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yanğından yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsinə oyanıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb və yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+