Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70285
az

Sağlam həyat tərzi

23:2201 İyun, 2022
275
CƏMİYYƏT
  • A

Sağlam həyat tərzi fərdin bütün imkanlardan istifadə edərək orqanizmi daha sağlam etmək, sağlamlığı dəstəkləmək, immunitet sistemini möhkəmləndirmək üçün atdığı addımlardır. Nəticə olaraq həyat tərzi daha keyfiyyətli olur, aktiv qocalığın ömrü uzanır, həyatın bütün sahələrində (iş, ev, istirahət vəs.) tam iştirak təmin edilir.

Sağlam həyat tərzinə təsir edən faktorlar

Pis ekologiya, siyasət, keyfiyyətsiz qida, tütün, spirtli içki, narkotik maddələr, rutin əmək fəaliyyəti, məişətdə bir neçə aspektdən narazı qalmaq və bir çox faktorlar.

Bunların təsiri ilə insanlarda müxtəlif xəstəliklər baş qaldırır, orqanizmin daxilindəki müxtəlif proseslər pozulur, depresiya yaranır, nəticə olaraq da depresiya əsəb böhranına səbəb olur.

Bəzi hesablamalara görə, insanların sağlamlığı aşağıdakı faktorlardan asılıdır:

-50-55% bir başa olmayaraq həyat tərzindən;

-20 faiz ətraf mühitdən;

-18-20 faiz genetik faktorlardan;

-8-10 faiz ümumi olaraq səhiyyədən.

Sağlam həyat tərzini dəstəkləyən faktorlar:

1.Pis vərdişlərdən: siqaret, spirtlik içki və narkotik maddə qəbulundan imtina etmək;

2.Təbii ki, qidalanma: düzgün, normal, fərdin fizioloji xüsusiyyətlərinə uyğun, qəbul edilən qidanın faydalı xüsusiyyətlərini və keyfiyyətini anlamaq;

3.Fiziki aktivlik, idman və fitneslə məşğul olmaq. Amma bu zaman fərdin yaşını və fizioloji xüsusiyyətlərini nəzərə almaq lazımdır;

4.Bir sıra sanitar-gigiyenik qaydalara riayət etmək;

5.Psixogigien:emosiya, problem və vəziyyətə nəzarət etmək;

6.Pozitiv düşüncə: insanın yeni informasiyanı qəbul və düzgün anlamaq qabiliyyəti. Bu isə yeni şəraiət optimal reaksiya vermək və uyğunlaşmaqdır;

7.Optimizm: özünə inam, qarşıya vacib məqsəd və hədəflər qoymaq, onlara çatmaq üçün cəhd göstərmək;

8.Təbii ki, cəmiyyətlə harmoniyada olmaq və müsbət qarşılıqlı əlaqə qurmaq.

Sağlam həyat tərzinə necə başlamaq olar? Hər şey sadədir, amma o qədər də yox, sadəcə sağlam olmağı istəmək və www.doctortap.az   saytındakı sadə məsləhətlərə əməl etmək lazımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi