Bakı-Sumqayıt yolunda ölüm hadisəsi baş verib.
Oxu24.com-un xəbərinə görə, yolun Saray qəsəbəsindən keçən hissəsində 99 SM 907 dövlət nömrə nişanlı, "NİVA" markalı avtomobili idarə edən şəxs maşının içində ölüb. Onun özünü silahla başından vurduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölən şəxsin Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov olduğu məlum olub. O, təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.
Bu barədə APA-ya DİN-dən məlumat verilib. Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.
Oxu24.com
ŞƏRHLƏR