1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup "Nur" uşaq evi və uşaq sığınacağında yerləşən uşaqları sevindirib. Belə ki, şirkət "Sosial-ictimai məsuliyyət" dəyərinə sadiq qalaraq ənənəvi "Azərbaycanı tanıyaq" layihəsini həyata keçirib.
Layihə çərçivəsində "Nur" uşaq sığınacağında məskunlaşan uşaqlar Qəbələ rayonuna səfər edib. Uşaqlar Qəbələ rayonunda yerləşən Qəbələnd əyləncə mərkəzində müxtəlif atraksionlardan istifadə edib, əyləncəli oyunlar oynayıblar. Daha sonra uşaqlar Avrora Qrup tərəfindənVəndam kəndində yerləşən istirahət mərkəzində təşkil edilən bayram şənliyində iştirak ediblər. Burada uşaqlar əyləncəli vaxt keçirərək, müxtəlif oyunlar oynayıb. Sonda hər bir uşağa müxtəlif oyuncaqlar da təqdim edilib.
Məlumat üçün bildirək ki, hər il olduğu kimi Avrora şirkəti 2022-ci ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam etdirməyi planlaşdırıb. Məqsəd gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.
Oxu24.com
ŞƏRHLƏR