Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70237
az

Milli Qəhrəmanı Araz Səlimovun doğum günüdür

09:4201 İyun, 2022
119
CƏMİYYƏT
  • A

Bu gün Birinci Qarabağ müharibəsində Xocalı uğrunda gedən döyüşlərdə qardaşı ilə birlikdə qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz Azəbaycanın Milli Qəhrəmanı Araz Səlimovun doğum günüdür...
Səlimov Araz Bahadur oğlu 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulub. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinifini bitirib. Sonra texniki-peşə məktəbində traktorçu peşəsinə yiyələnib. Bir müddət kalxozda çalışıb.
1978-ci ildə Sovet Ordusu sıralarında hərbi xidmətə gedir. Əsgəri xidməti Çelyabinsk vilayətində keçir. 1980-ci ildə ordudan tərxis olunur və doğma yurdu Xocalıya qayıdır. O, burada südçülük –tərəvəzçilik savxozunda traktorçu işləyir.
1990-cı ildə könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna yazılır. Araz ilk gündən öz cəsarəti ilə fərqlənir, bir pulemyotçu kimi erməni təxribatlarına layiqincə cavab verirdi. Araz Səlimov Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşaraq, qız-gəlini, qoca və uşaqları erməni quldurlarının caynağından qurtardı. Erməni yaraqlıları izinə düşərək onu, qardaşı Fəxrəddinlə birlikdə Əsgəranda vəhşicəsinə qətlə yetirirlər.
Xocalı faciəsi zamanı bu ailədən üç nəfər –ata və iki oğul şəhid olub.
Evlidir. Bir oğlu, iki qızı Vətənə əmanətdir.
Azərbaycan Resbublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUNUZ ŞAD OLSUN ŞƏHİDLƏRİM!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı