Yer üzündə hər on kişidən biri öz cinsi istəklərinə nəzarət edə bilmir. Hər 12 qadından biri də eyni manyakal cinsi istəyə malikdir.
Oxu24.com oxu.az-a istinadən məlumatına görə, amerikalı alimlərin apardıqları tədqiqatlar belə deməyə əsas verir.
Tədqiqatlara əsasən, kişilərin 10,3 faizi seksual istəkləri üzərində nəzarəti itirməyə meyillidir. Qadınlar arasında bu göstərici 7 faiz təşkil edir.
Ekspertlər bu məsələdə sosial-mədəni amillərin əhəmiyyətli olduğunu qeyd edirlər. Məsələn, aşağı gəlirli insanlar seksual zorakılığa daha çox meyilli olurlar.
Bununla belə, təhsil səviyyəsi seksuallığın nəzarətə alınmasına heç bir təsir göstərmir. Psixiatrlar hesab edirlər ki, ali təhsilli insanlar arasında da seksual zorakılığa meyilli fərdlər az deyillər.
Alimlər potensial seksual manyakların sayının artmasını internetdə pornoinformasiyaların asanlıqla yayılması və cəmiyyətdə seksual mövzuların açıq müzakirəsinə tabu qoyulması ilə əlaqələndirirlər.
Araşdırmalarda 18-50 yaşlarında 2325 nəfər iştirak edib. Oxu24.com
ŞƏRHLƏR