Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.
.OXU24.com APA-ya istinadən xəbər verir ki, bu gün AKİ-nin idarə heyətinin ümumi iclası keçirilib.
Bir müddət əvvəl mərhum Rüstəm İbrahimbəyovun yerinə namizədliyi təqdim olunan Rasim Balayev iclas iştirakçılarının yekdil səsi ilə sədr vəzifəsinə seçilib.
Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.
Oxu24.com
ŞƏRHLƏR