Qaynar xətt:

(+99450) 247 90 86

\"Tosu Zəngilanlı\"nın qəfil ölümü: \"Çox içirdi...\" - Dostu danışdı

CƏMİYYƏT

120

31.05.2022, 15:47

Son vaxtlar sosial şəbəkələrdə "Tosu Zəngilanlı" kimi tanınan "TikToker" vəfat edib.

Mərhumun dostu onun vəfatı ilə bağlı təfərrüatları Cebhe.info-ya açıqlayıb.

Bildirib ki, “TikToker” gecə yatıb və oyanmayıb:

“Anası keçən il rəhmətə gedib. Qardaşı ilə yaşayırdı. Köklükdən və nəfəs alma problemindən əziyyət çəkirdi. Həkimlər deyirdilər ki, arıqlamaq və sonra əməliyyat lazımdır. O da elə şeylərə inanmırdı. İçki çox içirdi, yemək də çox yeyirdi. Nəticəsi də belə oldu. Yatıb durmayıb".

Mərhumun anasının yanında dəfn ediləcəyi bildirilib.