Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70171
az

Putinə ağır zərbə: Bu istefa Rusiyanı çalxaladı

00:4131 May, 2022
211
  • A

Rusiyanın sabiq prezidenti Boris Yeltsinin kürəkəni Valentin Yumaşev könüllü olaraq Vladimir Putinin müşaviri vəzifəsini tərk edib.

Bu informasiyanı Reuters agentliyi iki mənbəyə istinadən yazıb.

Agentliyin mənbələrindən biri “Yeltsin Mərkəzi”nin icraçı direktorunun birinci müavini Lyudmila Telen olub. Onun sözlərinə görə, Yumaşev bu Mərkəzin Qəyyumlar Şurasının üzvüdür.

Telen bildirib ki, Yumaşev aprel ayında prezident müşaviri vəzifəsindən istefa verib: “Bu, onun öz təşəbbüsü olub”.
 

“Reuters”in digər mənbəsi təsdiq edib ki, Yumaşev bu vəzifədən aprel ayında çıxıb.

Agentlik mövzu ilə bağlı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovdan dərhal şərh ala bilməyib.

Xatırladaq ki, Valentin Yumaşev 1997-1998-ci illərdə Rusiya prezidenti Boris Yeltsinin administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Yeltsinin qızı Tatyana ilə evlidir. Yumaşevin könüllü olaraq Vladimir Putinin müşaviri olması yalnız 2018-ci ilin iyununda məlum olub. Daha sonra Dmitri Peskov izah edib ki, Yumaşev bu vəzifədə 18 il çalışıb.

2022-ci ilin martında Anatoli Çubays Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib. Bildirilib ki, buna səbəb onun Ukraynadakı müharibə ilə razılaşmaması olub. İndi Çubays xaricdədir. Rusiya onun xarici banklarındakı hesablarını yoxlamağa başlayıb./Demedia.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü