Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu başa çatıb.
OXU24 .COM xəbər verir ki, bu barədə məlumatı bizim.media-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarəti şöbəsinin müdiri Hacı Azad Bağırov bildirib. Onun sözlərinə görə ziyarət üçün Azərbaycana ayrılan 680 nəfərlik kvota dolub.
Qeyd edək ki, Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna mayın 25-dən başlanılıb. Azərbaycana Həcc ziyarətinin qiyməti bu il 9 106 manat müəyyən olunub.Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılıb. Sənəd qəbulunun iki həftə ərzində yekunlaşacağı deyilsə də, kvota dolduğu üçün proses dayandırılıb.
Builki ziyarət qiyməti 2020-ci ilki müvafiq rəqəmdən 860 dollar çoxdur. Həmin vaxt Həcc ziyarətinin qiyməti 4 490 dollar müəyyən edilsə də pandemiya səbəbindən ziyarət ləğv edilmişdi.
Oxu24.com
ŞƏRHLƏR