Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70139
az

\"Gedək kütlə olan bir yerə görək Türkanı daha çox istəyirlər, yoxsa Tünzaləni?\" - Pərviz QƏZƏBLƏNDİ - VİDEO

18:4930 May, 2022
194
  • A

Xalq artisti Tünzalə Ağayevanın həmkarı Türkan Vəlizadənin ifası və oxuduğu mahnılar haqda söylədiyi "Faciəvi reallıqdır. Belə bir mahnı heç zaman sənət əsəri ola bilməz" deməsinə meyxanaçı Pərviz Bülbülədən sərt təpki gəlib. 

OXU24.COM "bizim.media"ya istinadən xəbər verir ki, söz ustadı Xalq artistinin onun duet ortağı haqda dediklərindən hiddətlənərək, qarşı tərəfin "bostanını daş-qalaq" edib. 

Pərviz Tünzalənin Türkan qədər sevilmədiyini onun üzünə vurub. 

"Türkanın ifası faciədir, demək olmaz. Əksinə Tünzalə onu böyük kimi yanına çağırıb, "ay bacım, ay qızım, filan mahnını belə oxusan, faciə yox, lap yaxşı olar" deməli idi. Çıxıb hardasa Türkan haqda nələrsə demək onun üzərindən özünə reklam tutmaqdır. Əslində faciə özündən cavan ifaçıların üstünə getməkdir.

Faciə cavanların mahnısı deyil. Özündən cavan bir müğənni yeni mahnı oxuyan kimi şişirdib deyirlər ki, "Belə mahnı olar?". Elə mahnı olmazsa zəng elə, çağır. Türkanın əgər mahnısı faciədirsə, gedək kütlə olan bir yerə görək Türkanı daha çox istəyirlər, yoxsa Tünzaləni?!

Düzdür Tünzalənin də öz kütləsi, dinləyici ordusu var. Amma Türkan daha çox bu gün gündəmdə və təlabatlı ifaçıdır. Türkan həmin mahnısı ilə bütün mövsüm toyları, Azərbaycanı diyar-diyar gəzib. Tünzalənin sözündən belə çıxır ki, bütün toylar faciənin içindədir?".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azər Baxşəliyev dəfn olundu - Fotolar/Yeniləndi
İlkin Həsənidən Azərlə bağlı AÇIQLAMA: "Bu gecə son gecədir"
Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı