Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7012
az

Ermənilər Kəlbəcər sakinini ölümcül döydü – Qarabağa görə…

15:3213 Noyabr, 2018
955
DÜNYA
  • A
Ukraynanın Zaporoje vilayətinin Melitopol şəhərində kafelərdən birində bir qrup erməni Azərbaycan vətəndaşı, əslən Kəlbəcər rayonundan olan, 1963-cü il təvəllüdlü Qurbanov Tariyel Malik oğlunu ölümcül döyüblər.

Oxu24.com  report-a istinadən bildirir ki, hadisə kafedə müştərilər olan, Ermənistandan Ukraynaya yol tikintisində işləməyə gələn ermənilər tərəfindən azərbaycanlı müştəriyə qarşı milli zəmində və Qarabağla bağlı mübahisə nəticəsində baş verib.

Azərbaycanlı müştəri kafedə astadan Qarabağ ilə bağlı mahnını zümzümə etməsi qonşu masada əyləşən, içkili ermənilərin xoşuna gəlməyib. Ermənilər təhqiramiz formada azərbaycanlıya susmağı əmr ediblər. Onlara əhəmiyyət verməyən T.Qurbanov davam edib və nəticədə ermənilərin hücumuna məruz qalıb. Qeyri - bərabər əlbəyaxa davada ermənilər azərbaycanlını ölümcül döyüblər.

Onun vəziyyəti hazırda ağırdır, Zaporojedə xəstəxanaların birinə yerləşdirilib. Ermənilər hadisə yerindən qaçıblar, onları polis axtarır. Hadisəni törədənlərin hamısı Ermənistan vətəndaşıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır