Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7002
az

ŞOK! Rusiya azərbaycanlı jurnalisti casus elan edib

10:2413 Noyabr, 2018
648
KRİMİNAL
  • A
 
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada işləyən və müxtəlif KİV-lərlə əməkdaşlıq edən azərbaycanlı jurnalist Namiq Həsənovun xarici kəşfiyyat xidmətlərinə casusluq etdiyindən şübhələnir. Bu barədə N.Həsənov özü haqqin.az və virtualaz.org saytlarının müxbiri ilə söhbətində bildirib.

N.Həsənov deyir ki, son səkkiz ildə müxtəlif Rusiya və Azərbaycan KİV-ləri ilə əməkdaşlıq edib, 2016-2018-ci illərdə “Report” agentliyinin xüsusi müxbiri olub. Bakıya növbəti səfərindən qayıdarkən Rusiya-Azərbaycn sərhədində məlum olub ki, FTX onun casusluqda şübhəli bilindiyinə dair məktub göndərib. Polis mayoru bildirib ki, ğz praktikasında FTX-dən cəmi iki belə məktub alıb. Onlardan biri məşhur kriminal avtoritet barədə olub.

Namiq Həsənovu Azərbaycan tərəfə qaytarıblar və xəbərdarlıq ediblər ki, Rusiyaya qayıtsa dərhal həbs olunacaq.

Baş verənləri hansısa anlaşılmazlıq hesab edən jurnalist FTX rəhbəri, general A.Bortnikovun adına məktub göndərib.  Lakin cavab məktubunda FTX heç nəyi izah etməyib. Amma cavab məktubunun özü jurnalisti əmin edib ki, onun Rusiyaya buraxılmaması anlaşılmazlıq deyil və bu ölkəyə girişi bağlanıb.

Qeyri-rəsmi kanallardan məlum olub ki, FTX jurnalistin dəfələrlə xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə təmaslar qurmasından şübhələnir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vardanyanın məhkəməsi başlayır
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır