Azərbaycanda qadın televiziya efirinə çıxaraq ərini axtardığını deyib.
ARB TV-də yayımlanan “Səni axtarıram” verilişinə gələn qadın altı aydır, yoldaşı olan Məmmədov Emil Ərşad oğlu ilə münasibətinin soyuq olduğunu və may ayının 6-dan ərinin yoxa çıxdığını deyib.
Qadın ərinin rayonda mağazada işləyən qadınla birgə yoxa çıxdığını iddia edib və qeyd edib ki, onlar əvvəllər də sevgili olublar.
Dörd yaşlı qız övladı olduğunu vurğulayan qadın əvvəllər yoldaşı ilə münasibətlərinin çox yaxşı olduğunu, lakin sözügedən xanımla yoldaşının münasibəti yarandığı vaxtdan əri ilə münasibətinin pozulduğunu və uşağı ilə maraqlanmadığını bildirib.
Oxu24.com
ŞƏRHLƏR