Türkiyənin Balıkəsir vilayətində yolun ortasında insanların cinini "çıxaran" şəxs kameralara tuş gəlib. Oxu24.com xəbər verir ki, qadın süpürgə ilə insanlara toxunub və cini çıxardığını iddia edib.O, bunun müqabilində insanlardan pul da alıb.
Bunun üçün 50 Tl qarşılığında 5 litrlik suyu oxuyub üfürən qadın, həmin suyu şəxslərə içirikdən sonra süpürgə ilə adamlara toxunaraq cini çıxardığını iddia edib. Həmin görüntüləri təqdim edirik.Qeyd edək ki, belə bir anormal hadisə Şabran rayonunda baş verib. Bakı şəhər sakini, Soltanov Murad Şahin oğlunun Şabran rayonunun "5 sotlar" yaşayış massivindəki kirayədə yaşadığı evdə üzərində müxtəlif xəsarətlər olan meyiti aşkarlanıb.Araşdırmalarla məlum olub ki, Şabran rayon sakinləri Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq Şabran şəhəri, Alı Mustafayev küçəsi, ev 19-da İbrahimov Vüsal Şahbaba oğluna məxsus evdə psixi xəstəlikdən əziyyət çəkən Soltanov Murad Şahin oğlunu "cin çıxartma" müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nayihələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər. M.Soltanov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb.
Oxu24.com
ŞƏRHLƏR