Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69708
az

“Heç kim ərimi əlimdən ala bilməz” - Yelena Zelenskaya - FOTO

15:1422 May, 2022
242
HƏRBİ
  • A
"Heç kim ərimi əlimdən ala bilməz".
 
OXU24.COM musavat.com-a istinadən bildirir ki, bu sözləri Ukraynanın birinci xanımı Yelena Zelenskaya ICTV kanalına verdiyi müsahibəsində jurnalistin "müharibə ərinizi, demək olar ki, əlinizdən alıb" sualını cavablandırarkən bildirib.
 
Onun sözlərinə görə, müharibə başlayandan bəri həyat yoldaşı, Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir-birlərini, demək olar ki, görməyiblər, indi isə televiziya efirində olsa da görüşmək fürsətləri yaranıb.
 
"Heç kim, hətta müharibə ərimi əlimdən ala bilməz. Amma bəli, o, iş yerində yaşayır. Onu, demək olar ki, görmürük. İki ay yarımdır, ümumiyyətlə bir-birimizi görmürük, elə deyilmi?" - deyə Y.Zelenskaya həyat yoldaşından soruşub.
 
 
Volodimir Zelenski xanımının dediyini təsdiqləyib.
 
Y.Zelenskaya bu müddət ərzində ancaq telefonla danışdıqlarını bildirib. Bugünkü görüşlərini isə "efirdə görüş" adlandırıb.
 
O, həmçinin həyat yoldaşına müraciət edərək bu müddət ərzində nə qədər dəyişdiyini soruşub. V.Zelenski isə onun əla göründüyünü vurğulayıb.
 
"Yəni dayanırıq, hər şey qaydasındadır, ailəmiz də qaydasındadır. Təəssüf ki, biz bütün ailə ilə oturub nahar edə, hər şeyi danışa bilmirik..." - deyən birinci xanım Ukraynada bir-birlərindən ayrı düşmüş, qohumlarını gözləyən bütün ailələr kimi yenidən birləşəcəkləri günü gözlədiyini deyib.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Taksi sürücülərini aldadan və motosiklet oğurlayan şəxslər saxlanıldı - VİDEO