Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69677
az

Ailədə ərlə-arvad arasındakı konfliktlər

00:4521 May, 2022
403
CƏMİYYƏT
  • A

Ailə konfliktləri subyektlərin münasibətlərindən asılı olaraq: ərlə-arvad, valideyn və uşaqlar, ər-arvad və onların valideynləri, nənələr, babalar və nəticələr arasında baş verir.

Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfiliktlər esas rol oynayır. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən baş verir. Belə konfliktlərin əsas səbəblərindən aşağıdakılar daha tez-tez özünü göstərir:

- ərlə-arvadın seksual-psixi uyğunsuzluğu;

- öz "məni"nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik;
- müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s;
- subyektlərdən birinin (ər və ya arvadın) öz tələbatlarının ödənilməsinə daha çox tələbkar olması (içkiyə, narkotiklərə meyil, özünə daha çox vəsait xərcləməsi və s)
- ailə təsərrüfatı, uşaqların tərbiyəsinə, öz valideynlərinə bir-birinin tələbatlarının başa düşülməməsi və s.
- istirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi.

Bunlardan başqa ailə konfliktlərinə başqa faktorlar da təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır?
Ətraflı

Ailə həyatının birinci ili - bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu iki "mən"in birləşib bir "biz" olmasıdır. Bu zaman hisslər inkişaf edir, bir-birinə sevgi, məhəbbətin soyuması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu zaman kəbinlərin 30%-i dağılır.

İkinci böhranlı dövr - uşaqların anadan olması ilə bağlıdır. Hələlik tam möhkəmlənməmiş "biz" sistemi ciddi imtahanla qarşılaşır. Bu zaman baş verən konfiliktlərin əsasını nə təşkil edir?

- Ərlə-arvadın peşə-ixtisasartırma imkanları pisləşir.
- Uşağa xidmətlə əlaqədar qadın yorğunluğu - bu zaman onun seksual fəallığının azalması.
- Uşaqların tərbiyəsinə ərlə-arvadın münasibətlərinin üst-üstə düşməməsi.

Üçüncü böhranlı dövr - ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf edir. Bu zaman konfliktlərin oxşarlığı, cansıxıcılığına təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin