Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69672
az

Avropanı  "meymun çiçəyi" bürüdü

00:1621 May, 2022
530
SON DƏQİQƏ
  • A

Avropanın 8 ölkəsində "meymun çiçəyi"nə yoluxma qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüge deyib.

Klüge vurğulayıb ki, Avropada müəyyən edilən halların əksəriyyəti hələ də yüngül formadadır.

"Avropada və onun hüdudlarından kənarda yoluxma hallarının coğrafi səpələnməsi onu göstərir ki, yoluxma bir müddət davam etmiş ola bilər”, - ÜST rəsmisi qeyd edib.

Bu günə qədər Avropanın azı səkkiz ölkəsi - Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyada, həmçinin Avstraliya, Kanada və ABŞ-da xəstəlik qeydə alınıb.

"Meymun çiçəyi" adətən özünü məhdudlaşdıran xəstəlikdir və yoluxmuş insanların əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Bununla belə, xəstəlik xüsusilə azyaşlı uşaqlarda, hamilə qadınlarda və immun sistemi zəif olanlarda daha ağır keçə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ölən var
Yanvarın 29-u iş olmayacaq
Uşaqlarla bağlı bu qanunda       dəyişiklik       edilir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin