![](https://oxu24.com/uploads/posts/2018-11/1542010415_caylar-zeherleyir.jpg)
Oxu24.com ETSN-ə istinadən xəbər verir ki, noyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 47,9 m3/san artaraq 147 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə olunub.
Noyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,1, Ağstafaçayda-Qazax şəhərində 2,3, Ağstafa su anbarı Musaköy kəndində 1,1, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2,1-2,2, biogen maddələrdən nitritlərin miqdarının isə 1,5-1,9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,83-6,20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Oxu24.com
ŞƏRHLƏR