Daxili siqaret istehsalı əhəmiyyətli dərəcədə Ukrayna tütünündən asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Ukraynadan hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir və ən azı yaxın 1-2 ayda tədarükün bərpa olunacağın gözlənilmir. Bu isə daxili bazarda siqaretin təklifinə və onun qiymətlərinə təzyiq göstərəcək faktor ola bilər.
Oxu24.com xəbər verir ki, bu barədə millət vəkili Müşfiq Cəfərov açıqlamasında bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət tütün məhsullarının qiymət artımına gətirib çıxaracaq:
“Heç kim proqnoz verə bilmir ki, müharibə nə zaman dayanacaq. Bütün ölkələrdə olduğu kimi bizdə də tütünlə bağlı tədarük azalır. Böyük ehtimalla biz başqa tütün istehsal edən ölkələrə müraciət edəcəyik. Məsafədan asılı olaraq daşınma xərcləri çox olduğu üçün qiymət fərqliliyi, yəni bahalaşma ola bilər. Ümumiyyətlə satışda tütün məhsulu tapmamaq ehtimalı da gündəmdədir. Mövcud vəziyyətdə bütün bunlar tütün məhsullarının qiymət artımına gətirib çıxaracaq.
Düşünürəm ki, digər məhsullarda olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi daxili bazarın tələbatını ödəmək məqsədilə tütün məhsullarının əkilməsi ilə məşğul olan fermərlərə müəyyən imkanlar yaratmalıdırlar. Əlbəttə, siqaret elə bir zərərli vərdişdir ki, insanlar bunu tərgitmək üçün çalışsalar, daha yaxşı olar. Həm maddiyyat, həm də insan sağlamlığına ziyandır. Bu baxımdan tütünə olan tələbatımızı da azaltmaq daha faydalıdır. Məlumdur ki, bunu birdən etmək mümkün deyil. Amma istənilən halda bahalaşma olan məqamlarda tütündən uzaq durmaq daha məqsədəuyğundur” (bakupost.az).
SON DƏQİQƏ! Ukraynadan acı xəbər gəldi: Rusiya mühüm şəhəri işğal etdi
Oxu24.com
ŞƏRHLƏR