Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, sərəncama görə Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılacaq.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
SON DƏQİQƏ! Baş nazir qərar imzaladı: ödənişlərin məbləği artırılıb - SİYAHI
Oxu24.com
ŞƏRHLƏR