Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69620
az

Plazmaforez - qanın təmizlənməsi

00:2020 May, 2022
299
CƏMİYYƏT
  • A

Bu müasir köməkçi müalicəvi üsul hal hazırda tibbdə çox geniş istifadə olunur.

Plazmaforez müxtəlif xəstəliklərin və pozulmaların müalicəsi zamanı köməkçi vasitə kimi (əsas müalicə ilə yanaşı) istifadə oluna bilər. Nəzərinizə çatdıraq ki, plazmaforez müstəqil müalicə üsulu deyil, plazmorez yalnız əsas müalicə ilə yanaşı istifadə oluna bilər.

İnsanının qanında çoxlu sayda müxtəlif elementlər var - qan hüceyrələri (eritrositlər, leykositlər, trombositlər və s.), bakteriyalar və viruslar, müxtəlif anticisimlər, autoimmin komplekslər, toksinlər, şlaklar, orqanizmin fəaliyyəti nəticəsində əmələ gələn parçalanma məhsulları və s. Bütün bu elementlər qanın plazmasında (maye hissəsində) olur. Bu elementlərin bəziləri qanda həddən artıq miqdarda toplandıqda bu müxtəlif xəstəliklərin və pozulmaların səbəbi olur - xroniki infeksiyalar, intoksikasiyalar, allergiyalar, dəri xəstəlikləri, hamiləlik zamanı pozulmalar və s.

Plazmaforezin (plazmaferez də deyilir) mənası ondan ibarətdir ki, xüsusi apparatın köməyi ilə qan ziyanlı maddələrdən təmizlənir. Həmçinin plazmaforezin nəticəsində qanın laxtalanması, hemodinamika (qanın damarlar və kapilyarlarla hərəkəti) yaxşılaşır ki, bunun nəticəsində orqanizmin qan dövranı və bütün orqanların fəaliyyəti yaxşılaşır, orqanizm təmizlənir və cavanlaşır. Saglamolun.az bildirir ki, məhz bu səbəbdən plazmaforez müxtəlif cavanlaşdırıcı metodikalarda da geniş istifadə olunur.

Plazmaforez müxtəlif xəstəliklər və pozulmalar zamanı köməkçi vasitə kimi istifadə olunur:

- xroniki və kəskin intoksikasiyalar (zəhərləmələr),

- atopik dermatit, psoriaz, neyrodermit,

- alkoqolizm nə narkomaniyanın müalicəsi,

- bronxial astma, xroniki bronxit, plevrit,

- qlomerulonefrit, böyrək çatışmazlığı,

- bəzi qan xəstəlikləri,

- bəzi sinir sistemi xəstəlikləri (sklerozlar, polinevrit, Alsheymer xəstəliyi),


- kolit, Kron xəstəliyi, qara ciyər diffuz xəstəlikləri, virus hepatitləri,

- birləşmə toxumasının xəstəlikləri (revmatoid artrit, qırmızı qurdeşənəyi, poliartrit),

- şəkərli diabet, autoimmun tireoidit, tireotoksikoz,

- bəzi ürək xəstəlikləri və pozulmaları (ürəyin işemik xəstəliyi, hipertoniya, autoimmun kardiopatiyalar),

- plazmaforez kosmetologiyada da istifadə olunur (akne və civzələrin müalicəsi zamanı).

Hamiləlik zamanı plazmaferez xroniki infeksiyaların müalicəsi zamanı, rezus-knfliktin müalicəsi məqsədi ilə və həmçinin ciftdə qan dövranı pozulmaları zamanı istifadə olunur.

Plazmaforez həmçinin hamiləlik zamanı ağır toksikozların müalicəsində, antifosfolipid sindromu (AFS) zamanı istifadə olunur.

Lakin plazmaforezin bütün bu gözəl xüsusiyyətlərinə baxmayaraq, bu müalicəvi prosedurdur, və bu prosedurun da müəyyən əks-göstərişləri (bəzi qan, ürək  xəstəlikləri, beyin qan dövranının kəskin pozulmaları, psixiki pozulmalar və s.) və yanaşı təsirləri (anafilkatik şok, qanaxma, hipotoniya və s.) mövcuddur. Bu səbəbdən plazmaforez yalnız həkim tərəfindən və yalnız bu prosedura ciddi zərurət yarandıqda xəstəyə təyin oluna bilər.

Yalnız plazmaforezin istifadəsi xəstəliyi tam və effektli şəkildə müalicə edə bilməz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ölkə Netanyahunu həbs etməyəcək
Lətif Cəfərov vəfat etdi
Azərbaycanda həkim vəfat etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu