Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6962
az

Bir əlində telefon, o birində siqaret — Avtobusu belə idarə etdi (VİDEO)

10:1012 Noyabr, 2018
779
  • A
 Paytaxtın 30 nömrəli marşurut avtobusunda sürücünün etdiyi qayda pozuntusu sərnişinlərin narazılığına səbəb olub. Bir əlində telefon, digər əlində siqaret ola- ola avtobus idarə edən sürücü həm öz , həm də sərnişinlərin həyatını təhlükəyə atıb .

Oxu24.com  xəbər verir ki, görüntülər ''Xəzər Xəbər'' in votsapp nömrəsinə göndərilib . Əlində siqaret olduğuna görə sükanı möhkəm tuta bilmir və telefonla məşğul olan əli ilə qapıları açır.

Görüntülər Bakının Babək prospektində 30 nömrəli marşurut avtobusunda çəkilib.
Neftçilər metrostansiyasının yaxınlığından , “28 May” metro stansiyasının yaxınlığına hərəkət edən sözügedən marşurut avtobusunun nəzarətçisinin sözlərinə görə qayda pozuntusu edən onların sürücüsü Elvin Novruzovdur.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevin sözlərinə görə görüntü ilə bağlı müvafiq araşdırma aparılacaq və belə halların təkrarlanmaması üçün daşıyıcıya xəbərdarlıq ediləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti
Ləzzətli kartof püresi necə hazırlanır? – resept
Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi