Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69613
az

12 mindən çox hərbiçinin “döyüşüb, yoxsa döyüşməyib”, sualına hələ də cavab tapılmayıb... - ETİRAZ

21:4619 May, 2022
397
HƏRBİ
  • A

Vətən müharibəsinin bitməsindən il yarım keçsə də, 12 mindən çox hərbiçinin “döyüşüb, yoxsa döyüşməyib”, sualına hələ də cavab tapılmayıb. Başqa məsələ olanda, məsələn maska tapmayanda yaxud da maşınla qayda pozanda heç 5 dəq keçmir cərimə yazılır və onlayn sms gəlirdi.

Müdafiə Nazirliyinin əsgərin döyüşüb-döyüşməməsi sualına “Hə və ya Yox” cavabını 18 ay ərzində axtarması nə qədər məntiqə uyğundur? Bu prosesin bu qədər uzanmasının hansı məqsədləri ola bilər?

Ölkədə hərbiçilərə veteranlığın verilməməsini PİA.az-ın əməkdaşı hərbi-ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Azərbaycanda bir anormallılığın baş verdiyini düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bu gün ölkədə haqqı olmayan 6-7 min maaş alır. Haqqı olanın əziyyətini isə layiqincə qiymətləndirmirlər:

“Bu məsələlərdə hər bir işi Müdafiə Nazirliyinin üstünə atmaq düzgün deyil. Məsələ burasındadır ki, Müdafiə Nazirliyi müharibədə iştirak edənlərin sənədlərini Nazirlər Kabinetinə təqdim edib. Amma Nazirlər Kabinetində oturan “ağıllılar” bu sənədlərin bəzilərini geri qaytarıb. 70 mindən artıq insanın məsələsi müsbət həll olunsa da, 13 minə insanın məsələsi hələ də həll olunmayıb.

Əslinə qalsa, Nazirlər Kabinetinə heç kim o səlahiyyəti verməyib. Əvvəla qanun var, qərar var. Qanuna əsasən əgər müharibəyə cəlb olunmuş hər bir şəxs müharibə iştirakçısı sayılır. Hərbiçinin müharibədə yemək bişirdiyinin və ya su daşıdığının baş nazirə və onun komandasına heç bir aidiyyatı yoxdur.

Azərbaycanda məmurlar qanunlara tüpürürlər. Ölkədə veteranlıqla və əlilliklə bağlı problemlər çoxdur. Əlilə dövlətin xəstəxanası sənəd verir ki, bu müharibədə sağlamlığını itirib. Möhürün vurub əlili yola salır ki, buna əlillik verilməlidir. Əlil Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə gəlir. Orada nazirliyinin “ağıllılar”ı da özlərinin hoqqabazlığına başlayırlar. Əlili yenidən başqa yerlərə göndərirlər. Adama deyərlər dövlətin içində neçə dənə dövlət olur?

İndi də veteranlıqla bağlı oyun çıxarırlar. Müdafiə Nazirliyi kimin döyüşüb-döyüşmədiyi ifadəsini işlədib. Müharibədə hamı döyüşmür. Biri güllə daşıyır, biri yemək daşıyır, biri həkimlik edir. Hələ nə qədər həkimlərimiz müharibədə veteranlıq vəsiqələrini almayıb. Nazirliyə sual vermək lazımdır ki, yaralı əsgərlərə kim baxırdı? Əlbəttə, onlara həkimlər, tibb bacıları baxırdılar. Tibb maşınını sürənlər də yararlı əsgərləri təxliyə edirdlər.

Azərbaycanda bir anormallılıq baş verir. Bu gün ölkədə haqqı olmayan 6-7 min maaş alır. Haqqı olanın əziyyətini isə layiqincə qiymətləndirmirlər. Yəni Azərbaycan dövləti o gündədir ki, öz müharibə iştirakçılarına 80 manat pul verə bilmir? Azərbaycanda puldan çox pul var. Ölkəndə yerin altı da, üstü də puldur. Sadəcə olaraq bəzi insanlar özlərini qanmamazlığa vurublar.

Dünən mən mətbuat üzərindən Milli Məclisin deputatlarına sözümü çatdırdım. Dedim ki, onlar ümid etməsinlər ki, növbəti seçkilərdə Azərbaycan hərbiçisi gedib onlara səs verəcək. Şəxsən mən çağırış edəcəm ki, hərbiçilər indiki deputatlara səs verməsinlər. Çünki oturublar rahat evlərində heç bilmirlər veteranlar nə yeyib, nə ilə dolanırlar.

Dünən vaxtı ilə xidmət yoldaşım olan Cavanşir Sadıqov mənə zəng etdi. Dedi ki, 15 il bu vətən yolunda canımı qoymuşam. Xəstəliklə ordudan təxlis olunmuşam. İndi də 8 aydır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi pensiyasını kəsib. Cavanşir Sadıqov dedi ki, bilsəydim yalvarardım xəstə canımla 5 ildə işləyirdim ki, dövlətdən pensiya ala bilim. Bir maraqlanan yoxdur ki, Sumqayıt şəhəri Hacı Zeynəllabın Tağıyev qəsəbəsində daimi evi olmayan Cavanşir Sadıqov nəylə yaşayır.

Başqa bir misal Zaqatalanın Tala kəndindən olan Ömərov Ramin Əmirulla oğlunu deyim. O Haramı düzündə xidmət keçərkən şəhid olub. O vaxt komandir, indi Zakir Həsənovun müavini olan general-leytenant Nizam Osmanov Raminin şəhid adına layiq olması haqqında məktub verib. Həmin şəhidi Zaqatalada şəhidlər xiyabanında dəfn ediblər. Vicdansılığın dərəcəsinə baxın ki, bu ailə 10 il şəhid ailəsi kimi dövlətdən müavinət alıb. 10 ildən sonra hansısa bir məmur heç bir məhkəmə qərarı olmadan şəhidin statusunu ləğv edir. Şəhidin atası çox qapılar döydü, çox məmurların yanına getdi. Amma vicdansız, şərəfsiz məmurlar o atanı qapılarda qoydular. Həmin ata ötən aylarda dünyasını dəyişdi. Allah o şəhid atasının zülmünü məmurlara bağışlamayacaq. 15 ildir şəhid ailəsinin pulunu kimlərsə mənimsəyir.

Mən nazirliyə sual verirəm. İcra strukturlarında oturan adam necə olur ki, müharibə veteranı vəsiqəsi yaxud da medal alır? Halbuki onlar bir gün də olsa, əlinə silah götürməyib. Amma əlində silah olanların birinə medal verirlər, veteranlıq vermirlər. Yaxud da əksinə edilər. Çox təəssüf edirəm ki, dövlətin müvafiq şəxsləri bu məsələdə çox zəiflik göstərirlər.

Onu da qeyd edim ki, bir veteranı çıxışına baxdım. Əlillərin Bərpası Mərkəzində əlillik təyin etmirlər. Həmin adam deyir ki, orada xüsusi adamlar gəzirlər. Onlar deyirlər 3-4 min gətir nə problem varsa, girim içəri mən həll edim. Bu gedişlə bunlar bu dövləti parçalayacaqlar.

Bildiyimiz kimi hərbiçilərin pensiyası ilə bağlı biabırçılıq oldu. Deputatlar da məsələ ilə bağlı yaxalarını kənara çəkirlər. İndi də hərbiçilər məsələ qaldırlar ki, nə olur olsun biz bu işi belə saxlamayacağıq. Hərbiçi üçün istər səngərdə, istərsə də türmədə ölmək eynidir. Yəni hərbiçilərin haqlı istəkləri yerinə yetirilməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbi xidmətlə bağlı MÜHÜM AÇIQLAMA
Azərbaycanda hərbçilər zəncirvari qəzaya düşdü
Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq? -VİDEO

İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
ABŞ-də azərbaycanlı qadın qəzada öldü- Foto