Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69610
az

SON DƏQİQƏ! Sərhəddə atışma: Azərbaycan vətəndaşı öldürüldü

20:1719 May, 2022
1025
CƏMİYYƏT
  • A

İran sərhədçilərinin sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürməsi faktı ilə bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.

Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib.

12.45
İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub:

“Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanalda batan yeniyetmənin meyiti tapıldı
Azərbaycanda bu zavod bağlanır
“Azeri Light” bahalaşdı

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü