Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69602
az

"Bizi Kəlbəcərə Əli Həsənov göndərmişdi" - Şahbaz Quliyevdən sensasiya

09:1119 May, 2022
1456
ÖZƏL BÖLÜM
  • A

Uzun müddət erməni girovluğunda qalan Şahbaz Quliyev Xural TV-yə müsahibəsində sensasion açıqlama verib.

Ş.Quliyev hazırda pis vəziyyətdə yaşadığını bildirib.

"Mənə 180 manat pensiya verirlər. Sanki 7 il əsirlikdə yox, kurortda olmuşam. Onsuz da ölümümü gözləyirəm, ona görə də hər şeyi danışmaq istəyirəm. Qızım gəlməlidir. Onu bağrıma basdıqdan sonra son qoyacam həyata. Mən burada gülünc vəziyətə salınmışam".

Ş.Quliyev deyib ki, Dilqəm və onu Kəlbəcərə o vaxt baş nazirin müavini olan "Qaçqınkom"un keçmiş sədri Əli Həsənov göndərib:

"Biz Kəlbəcərə Əli Həsənovun kabinetindən yola salınmışıq. Əlimizə silah, qranat verilib, yola salıblar. O vaxta kimi gözəl həyatım var idi. Xan-bəy kimi yaşayırdım. Məni çağırıb, "dövlətə lazımsan" deyib, göndərdilər. Əslində məni tək göndərmək istəyirdilər. Dedim, Dilqəm yaxşı tanıyır oraları. Həmin vaxtı Dilqəm tutulmuşdu. Şəmkirdə polisə düşmüşdü. Onu çıxartdırıb gətirdilər bələdçi kimi. Həsən Həsənov da bizimlə getdi.

Əli Həsənova verdiyim kaseti əsir düşən günü Xankəndidə ermənilər gətirib stolumun üstünə qoydular".

Ş.Quliyev bildirib ki, ermənilər onları qaytarmaq istəməyiblər:

"Onlar bizi vermək istəmirdilər. Deyirdilər ki, biz iki qəhrəmanı verə bilmərik.

Hazırda qollarım pis gündədir, əllərimdə yandırılan siqaretlərin izi hələ də getməyib. Burnum qırıqdır. Hər yerim zədəlidir, müalicə alıram. Dövlət isə ayda 180 manat pul verir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda restoranda baş verən cinayətin ŞOK VİDEOSU
Rusiya hava məkanını niyə bağlamadı? - Qəzanın başvermə səbəbləri arasında KRİTİK DETALLAR...
Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda QHT sədrinin qızını maşın      vurub      öldürdü