Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69542
az

Dövlət Vergi Xidmətinin əməkdaşları döyüldü

14:5617 May, 2022
836
KRİMİNAL
  • A

Şəmkir rayonunda Dövlət Vergi Xidməti əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanıb.

Şəmkir rayon prokurorluğundan OXU24.COM-a verilən məlumata görə, mayın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Anar Məmmədli və Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Emin Şirinovun təhqir olunmaları və onlara qarşı fiziki zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilmişdir ki, Emin Şirinov və Anar Məmmədli sonuncunun idarə etdiyi avtomobillə Şəmkir şəhəri ərazisində hərəkətdə olan zaman Həbib Cəfərovun idarə etdiyi avtomobillə qəza şəraiti yaratması səbəbindən aralarında mübahisə baş vermiş, bu zaman Həbib Cəfərov və qohumu Ömər Həbibli heç bir əsaslı səbəb olmadan Anar Məmmədli və Elvin Şirinovu təhqir edərək döyüblər.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu