Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
Rusiya səfiri Almaniya hakimiyyətinin Ukraynaya silah ötürmək qərarını səhv adlandırıb
İsrail HƏMAS-a atəşkəs ultimatumu verib
Ukraynanın hər yerində hava hücumu təhlükəsi siqnalı səsləndi
Finlandiya Rusiya ilə sərhəd yaxınlığında qeyri-qanuni kəşfiyyat məlumatlarının aşkar edildiyini açıqlayıb
ABŞ əsgərləri  Nigerdə ​​rusların yerləşdirilməsinə görə döyüş hazırlığını artırdığını açıqlayıb
Sabirabad rayonunda yeni təyinat olub
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
Belqorodda İHA hücumu təhlükəsi üçün siren işə salınıb
BÜTÜN XƏBƏRLƏR
6953
az

Qaşıqçının qətli 72 kameradan incələndi - Nazirlik ŞOK DETALLARI təsdiqlədi

16:3611 Noyabr, 2018
824
DÜNYA
  • A
Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanının Baş Konsulluğunda qətlə yetirilməsinə dair müzakirələr davam edir.

Oxu24.com xəbər verir ki, qətli araşdıran Ədliyyə Nazirliyinin məlumatına görə, Qaşıqçının cəsədinin kimyəvi turşuda əridilməsinə dair əldə tutulacaq ciddi bir dəlil yoxdur.

Nazirlik cəsədin hələ də baş konsulluğun binasında olduğunun təsbitlərini əldə edib. 2 oktybarda gerçəkləşən cinayətdən sonra İstanbul Ali Məhkməsinin başlatdığı istintaq əməliyyatları çərçivəsində başda konsulluq olmaqla, şəhərin 72 ayrı nöqtəsində kamera qeydləri incələnib. Alınan nəticəyə əsasən, konsulluğa daxil olduqdan 2-3 saat sonra öldürülüb parçalara ayrıldığı bildirilən Qaşıqçının cəsədinin daşınmasında istifadə edilən çamadanlar bir daha konsulluqdan çıxarılmayıb. İstintaqı aparan şəxslər jurnalistin cəsədinin konsulluq ərazisindəki quyuya atıldığı versiyası üzərində israr edir.

İstintaq üçün İstanbula gələn səudiyyəli baş hakim Əl Mücibin şəhərdə olduğu günlərdə İstanbul məhkəməsi tərəfindən quyunun təkrar analiz edilməsi tələbi qəbul edilməyib. Səudiyyə hakimiyyətinin Türkiyə ilə paylaşacağı bilgilərin gəlməyəcəyi təqdirində, Türkiyə kəşfiyyatının cinayətlə bağlı əlində olan bir neçə əhəmiyyətli dəlil ictimaiyyətlə paylaşılacaq.

Qeyd edək ki, Camal Qaşıqçı Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd İbn Salmanın ötən il vəzifəsindən sui-istifadə ittihamları ilə paytaxt Riyaddakı bir hoteldə həbsdə saxlanılan 50 şahzadənin dəstəklədiyi adam olmasına görə qətlə yetirildiyi bildirilir.

Xatırladaq ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.

Qətərin “Əl-Cəzirə” telekanalı istintaq əməliyyatları çərçivəsində Səudiyyə Ərəbistanı konsulunun evində hidroflor turşusu və xüsusi kimyəvi maddə qalıqlarının tapıldığını iddia etmişdi. Bu təsbitlərin əsasında Qaşıqçının cəsədinin tamamilə əridildiyi və yox edildiyi bildirilmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO
Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi